Dəhşətli yol qəzası: 10 ölü, 34 yaralı
Bizi izləyin

Digər

Dəhşətli yol qəzası: 10 ölü, 34 yaralı

İndoneziyanın Kuala-Lumpur beynəlxalq aeroportunun yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, “Star” nəşrinin yazdığına görə, avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi su kanalına düşüb.

Nəticədə, 10 nəfər ölüb, daha 34-ü yaralanıb. Səkkiz xarici vətəndaş və sürücü hadisə yerində, biri isə xəstəxanada həyatını itirib.

Qəzetin məlumatına görə, bütün sərnişinlər “MAS Kargo” yük şirkətinin əməkdaşları idilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm