Leysan yağışlar 800 min insanı yurdundan etdi - 300 min nəfər isə...
Bizi izləyin

Digər

Leysan yağışlar 800 min insanı yurdundan etdi - 300 min nəfər isə...

Yaponiyanın cənub-qərbində yerləşən Kaqoşima bölgəsində şiddətli yağışlar səbəbilə sel əmələ gəlib.

Publika.az xəbər verir ki, bölgədə yaşayan 800 min insan təxliyə olunub. Daha 310 min insanın təxliyəsi planlaşdırılır.

Kyodo agentliyinin məlumatına görə, leysan yağışlar su basqınları və torpaq sürüşmələri riskini artırıb.

Yaponiya Meteorologoya Agentliyi ölkənin cənub-qərb və qərb əyalətlərində leysan yağışların iki gün davam edəcəyini bildirib.

Qeyd edək ki, ötən il leysan yağışların səbəb olduğu sel fəlakəti nəticəsində 222 nəfər ölmüşdü.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm