Digər
Çin nüvə müharibəsində tərəfi seçdi
Çin Kəşmirdə vəziyyətin kəskinləşməsi fonunda Pakistanı dəstəkləməyə davam edəcək.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, belə bəyanatla Çinin xarici işlər naziri Van Yi bildirib.
“Çin qanuni hüquqların və maraqların müdafiəsində Pakistanı dəstəkləməyə davam edəcək, həmçinin beynəlxalq arenada Pakistan barəsində ədaləti dəstəkləyəcək”, - diplomat deyib.
O əlavə edib ki, Kəşmir məsələsi BMT Nizamnaməsi əsasında dinc yolla nizama salınmalıdır.
Xatırladaq ki, İslamabad və Nyu-Dehli arasında gərginliyin davam etməsi avqustun 5-də Hindistanın Cammu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv edərək bu regionda iki müttəfiq ərazi yaratmaq qərarı ilə bağlıdır. Bu məqsədlə Hindistan parlamenti öz Konstitusiyasında 370-ci maddənin ləğvini təsdiqləyib. Həmin maddə ştata xüsusi status verirdi.
Avqustun 7-də Pakistan hökuməti Hindistan səfirini ölkədən çıxarmaq qərarına gəlib. İslamabad, həmçinin Hindistanla diplomatik münasibətlərin səviyyəsini azaltmaq və bu ölkə ilə ikitərəfli ticarət əlaqələrini dayandırmaq niyyətində olduğunu bəyan edib.
Qeyd edək ki, Pakistan və Hindistan nüvə silahlarına sahibdir. Bu səbəbdən dünya ictimaiyyəti gərginliyin nüvə silahının tətbiqiylə genimiqyaslı müharibəyə gətirib çıxaracağı ehtimalından narahatdır.
-
Ekologiya13:30
Zirəddin "dəhşətli zəlzələ olacaq" dedi: Seysmoloji Xidmətdən reaksiya gəldi
-
İdman13:24
ÇL-in qalibi olan məşhur futbolçu görün Amazon cəngəlliklərində nə işlə məşğuldur - FOTOLAR
-
İdman13:05
Məşhur türk AFFA rəhbərliyini biabır etdi: Nə istədikləri bəlli deyil
-
Dünya12:52
Əsədin Türkiyə planı illər sonra üzə çıxdı: bu qüvvələrə silah verərək... - DETALLAR
-
Hadisə12:18
"Vaqner"çilərin valideynləri Bakıda toplaşdılar - VİDEO
-
Region12:00
Ermənistan geri çəkildi: Bunu etməyə cəsarəti çatmadı
-
Dünya11:00
Tramp Putini təhdid etmişdi: Moskvadan ilk açıqlama gəldi
-
MDB10:30
2025-ci ildə dünyanı nə gözləyir? - Rusiya kəşfiyyatı rəsmən açıqladı