Digər
Qəzaya uğrayan təyyarənin sərnişininin son mesajı yayımlandı: qohumuna deyib ki...
Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan təyyarənin sərnişini faciədən bir müddət əvvəl qohumuna quşla toqquşma barədə məlumat verib.
Publika.az xəbər verir ki, bu barədə "News1" agentliyi məlumat yayıb.
O, yerli vaxtla səhər saat 9 radələrində yazıb: "Quş vurdu, biz yerə enə bilmirik".
Qohumunun bunun nə vaxt baş verdiyini soruşduqda, sərnişin “indi” cavabını verib və əlavə edib ki, bəlkə də vəsiyyət etmək vaxtıdır.
Bu zaman yazışmalar sona çatıb, sərnişindən başqa mesaj alınmayıb.
Xatırladaq ki, qəza bazar günü yerli vaxtla saat 9:07 (Moskva vaxtı ilə 4:07) radələrində Banqkokdan Muana 7C2216 reysini həyata keçirən Boeing 737-800 təyyarəsi Muan hava limanına enərkən baş verib. Təyyarə hasara çırpıldıqdan sonra yanğın başlayıb. Təyyarədə 181 nəfər olub, yalnız iki ekipaj üzvü - bir kişi və bir qadın sağ qalıb, onlar ağır və orta dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir















.webp)








.jpg)













