"Davam etsəniz, İrana təcili eniş edəcəyəm" - Pilot sərxoş sərnişini belə hədələdi - VİDEO
Bizi izləyin

Digər

"Davam etsəniz, İrana təcili eniş edəcəyəm" - Pilot sərxoş sərnişini belə hədələdi - VİDEO

Rusiyanın Ufa şəhərindən Dubaya uçan sərnişin təyyarəsində həddən artıq spirtli içki qəbul edən qadın digər sərnişinlərlə mübahisə etməyə başlayıb.

Publika.az xəbər verir ki, digər vətəndaşlar ekipaj üzvlərinin xəbərdarlığına məhəl qoymayan qadının əl-qolunu bağlayaraq problemi həll etməyə çalışıb.

Təyyarənin pilotu isə sərxoş sərnişini qeyri-adi üsulla sakitləşdirməyə cəhd edib. O, qadına sakitləşməzsə, İrana təcili eniş edəcəyini söyləyib.

Təyyarə istiqaməti üzrə Dubaya endikdən dərhal sonra sərxoş qadın polisə təhvil verilib.

Xatırladaq ki, yanvarın 8-də Ukrayna Hava Yollarına məxsus təyyarə İranın paytaxtı Tehranda raketlərin hücumuna məruz qalmış, nəticədə göyərtədəki 176 nəfərin hamısı həlak olmuşdu. Pilotun məhz bu hadisəyə işarə olaraq təyyarəni İrana endirməklə hədələdiyi bildirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm