Bu türk ölkəsində koronavirus həyəcanı: 54 nəfər...
Bizi izləyin

Digər

Bu türk ölkəsində koronavirus həyəcanı: 54 nəfər...

Qazaxıstanda koronavirusa yoluxma ehtimalı səbəbindən 54 nəfər xəstəxanaya yerləşdirilib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, ölkənin Səhiyyə naziri Yeljan Birtanov məlumat verib ki, koronavirusla mübarizəyə hökumətin ehtiyat fondundan 1,5 milyard təngə ayrılıb. Səhiyyə naziri vətəndaşlardan koronavirusa qarşı əsassız şayiələr yaymamağı xahiş edib.

Ayrılan vəsait əlavə tibbi maskalar və vasitələrin alınması üçün istifadə ediləcək.

Çindən gələn Qazaxıstan vətəndaşları iki həftə ərzində karantində olacaqlar. Onlar xüsusi müəyyən olunan tibb ocağında müayinə ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm