Koronavirusun İKİNCİ DALĞASI gəlir - Bu ölkələr təşviş içindədir
Bizi izləyin

Digər

Koronavirusun İKİNCİ DALĞASI gəlir - Bu ölkələr təşviş içindədir

Cənubi Koreya, Çin, Sinqapur, Malayziya və digər Asiya ölkələri koronavirusun ikinci dalğası ilə qarşı-qarşıyadır.

Publika.az BBC-yə istinadən xəbər verir ki, xaricdən gələn vətəndaşlarda koronavirusun aşkarlanması yerli dairələrdə narahatlıq yaradıb.

Məlumata görə, Çində ölkədaxili səbəblərdən virusa yoluxma qeydə alınmayıb. Lakin xaricdən gələn 34 Çin vətəndaşında koronavirus aşkarlanıb. Sinqapurda son 24 saatda aşkarlanan 47 “Covid-19” xəstəsindən 30-nun xarici ölkələrdən gəldiyi məlum olub. Yaponiyada, Malayziyada da oxşar hal qeydə alınıb.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm