Atəşkəsdən sonra "Taliban"dan ilk hücum: 7 ölü, 2 yaralı
Bizi izləyin

Digər

Atəşkəsdən sonra "Taliban"dan ilk hücum: 7 ölü, 2 yaralı

"Taliban" Əfqanıstanın Pərvan əyalətinə növbəti silahlı hücum təşkil edib.

Publika.az-ın xəbərinə görə, əyalətin qubernatorunun sözçüsü Vahidə Şahkar mətbuata açıqlamasında silahlı hücum nəticəsində 7 əsgərin həyatını itirdiyini, birinin yaralandığını, iki əsgərin isə girov götürüldüyünü bildirib.

Qarşı tərəfdən də itki verildiyi qeyd olunub.

Əlavə edək ki, bu, atəşkəsdən sonra qeydə alınan ilk silahlı hücumdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm