Digər
Respublikaçıların qələbəsi təsdiqləndi - Pelosi gedir, ABŞ-ın xarici siyasəti dəyişəcək?
ABŞ Nümayəndələr Palatasına keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyası qalib gəlib.
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, respublikaçılar, onlara ABŞ Konqresinin aşağı palatasına nəzarəti ələ keçirməyə imkan verən 218 yerlik baryeri keçiblər, demokratlar isə 210 yer əldə ediblər.
ABŞ Prezidenti Co Bayden respublikaçıları qələbə münasibətilə təbrik edib və yeni respublikaçı çoxluqla əməkdaşlığa hazır olduğunu bildirib, lakin "Medicare" və iqlim dəyişikliyi məsələlərində kompromisləri istisna edib.
"Respublikaçılar Partiyasının qələbəsi Prezident Co Baydenin daxili gündəliyinin həyata keçirilməsinə mane olacaq və Ağ Evdə, xüsusən də prezidentin özünə və oğlu Hunterə qarşı bir sıra araşdırmalara səbəb olacaq", - deyə CNN yazır.
"The Washington Post" qəzeti isə yazır ki, bəzi respublikaçılar Baydenin impiçment edilməsini də tələb edə bilərlər. Bundan əlavə, respublikaçıların uğuru yanvarda demokrat Nensi Pelosinin Nümayəndələr Palatasının spikeri kimi ikinci müddətinə son qoyacaq.
CNN-in yeni Nümayəndələr Palatası Baydenin prezidentlik müddəti bitənə qədər Ağ Evdə həyatı dözülməz edəcək. Telekanalın proqnozlaşdırdığı kimi, respublikaçılar öz gündəmlərini 2024-cü il prezident seçkiləri öncəsi Baydenə qarşı Trampın "siyasi silahı" rolunu oynayacaq qanunvericiliyə çevirməyə çalışacaqlar.
Bir gün əvvəl Donald Tramp prezident seçkilərində namizədliyinin irəli sürülməsi üçün Federal Seçki Komissiyasına ərizə verib.
CNN qeyd edir ki, Nümayəndələr Palatasında respublikaçı azlığın lideri Kevin Makkarti seçkilərdən əvvəl inflyasiya ilə mübarizə, artan cinayət və miqrasiyaya nəzarəti prioritetləşdirəcəyini vəd edib.
CNN yazır ki, Baydenin demokratlar və respublikaçılar arasında əməkdaşlıq təklifinə baxmayaraq, praktikada bu cür birgə fəaliyyət imkanları məhdud olacaq. Yazıda qeyd olunur ki, parçalanmış hökumət vergi siyasəti, xərclər və Ukraynaya yardımın həcmi ilə bağlı respublikaçı Nümayəndələr Palatası ilə demokrat Ağ Ev arasında bir sıra toqquşmalara səbəb ola bilər.
Eyni zamanda Nümayəndələr Palatası ilə Ağ Ev arasında ən təhlükəli toqquşma dövlət borcu məsələsində baş verə bilər, çünki respublikaçılar borcun azaldılmasını tələb edirlər.
Bununla belə, Nevada və Arizona ştatlarında Demokratlar Partiyasının qələbəsindən sonra Senata nəzarət demokratların əlində qalır. Bu o deməkdir ki, onlar Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihələrini rədd edə, öz gündəmlərini təyin edə və federal hakimlərin namizədliyini təsdiq edə biləcəklər. Amma həlledici səs ABŞ-ın vitse-prezidenti Kamala Harrisdə qalacaq.
ABŞ Konqresinə seçkilər iki ildən bir keçirilir, yəni dövlət başçısının prezidentlik müddətinin ortasına düşür. Bu seçkilər ona görə vacibdir ki, prezidentin başçılıq etdiyi ABŞ icraedici hakimiyyəti parlamentin təsdiqi olmadan ciddi qərarlar qəbul edə bilməz. Qanun layihələrinin qəbul edilməsi üçün həm Nümayəndələr Palatasında, həm də Senatda səs çoxluğu tələb olunur.
Bəzi hallarda, məsələn, senatorun istefası və ya impiçment məsələsində senatorların üçdə ikisinin təsdiqi tələb olunur.
Səxavət
-
Digər17:09Dünya İran müharibəsinə görə nələri itirdi? - Dəhşətli statistika
-
Yaxın Şərq16:10Hərbi Dəniz Qüvvələri rəqiblərə yeni məğlubiyyət yaşatmağa hazırdır - Xamenei
-
Nida Xəbər 16:00Mehriban Əliyeva Fələstinə həsr olunan tədbirdə iştirak etdi - Fotolar
-
Magazin215:09Məşhur aktrisa öldü
-
Sosial14:00Halal turizm modeli: Azərbaycan bu bazara necə girə bilər?
-
Sağlamlıq13:00Şəkərli diabeti olanlar balqabaq yeyə bilərlər? - Həkimdən məsləhət
-
Hadisə12:35Təhsil naziri mübahisəli epizoda paylaşımı ilə eyham vurdu - Foto
-
Hadisə12:28General Müşfiq Məmmədov vəzifəsindən azad edildi







































