Dünya bu əməliyyatdan danışır: 4 hərbçi, 7 cinayətkar öldü - VİDEO
Bizi izləyin

Digər

Dünya bu əməliyyatdan danışır: 4 hərbçi, 7 cinayətkar öldü - VİDEO

Dünya bu əməliyyatdan danışır: 4 hərbçi, 7 cinayətkar öldü - VİDEO

Meksikanın Sinaloa ştatında “Beltran Leyva” cinayətkar qruplaşmasının rəhbəri Fausto İsidoronun, “Çapo İsidor” ləqəbi ilə tanınan şəxsin saxlanılması üzrə əməliyyat zamanı dörd hərbçi həlak olub, yeddi silahlı qruplaşma üzvü isə öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə Meksikanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, qruplaşma üzvləri rəhbərlərinin saxlanılmasına mane olmaq üçün hərbçilərə silahlı müqavimət göstəriblər. Nəticədə Meksika ordusunun dörd hərbçisi həlak olub. Əməliyyat zamanı səkkiz şübhəli şəxs də saxlanılıb.

Saxlanılan əsas fiqurlar - Çapo İsidor, onun əmisi oğlu və müavini Xerman (“Serafin”), eləcə də qruplaşmanın maliyyə əməliyyatlarına cavabdeh olan qohumu Xose hərbi-nəqliyyat təyyarəsi ilə Mexikoya aparılaraq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə İxtisaslaşmış Prokurorluğa (FEMDO) təhvil veriliblər.

Digər beş saxlanılan şəxs, o cümlədən qruplaşmanın logistika işlərinə cavabdeh olan Panfilo isə Sinaloa ştatının Kuljakan şəhərindəki Baş Prokurorluğun yerli idarəsinə təhvil verilib.

Əməliyyat zamanı hərbçilər iriçaplı “Barrett” tüfəngi, müxtəlif kalibrli 10 odlu silah, qumbaraatan, iki əl qumbarası, patron daraqları və döyüş sursatları, taktiki təchizat, narkotik vasitələr və nağd pul müsadirə ediblər. Nazirliyin məlumatına görə, mülki əhali arasında xəsarət alan olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm