Digər
Bu ölkələrə kompensasiya ödəniləcək
200-ə yaxın ölkədən olan nümayəndələr iqlim dəyişikliyindən zərər çəkmiş yoxsul ölkələrə kompensasiya ödəmək üçün saziş hazırlayıblar.
Publika.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Müqaviləyə əsasən, Avropa İttifaqı və ABŞ-ın əsas tələbi Çini və digər “çirkləndirici böyük ölkələri” fonda mümkün qədər çox töhfə verməyə məcbur etməkdir. Müqavilə Misirin turistik şəhəri Şarm Əl-Şeyxdə COP27 iqlim sammiti çərçivəsində imzalanıb.
Fondun işi ilə bağlı təfərrüatlar hələlik dəqiqləşdirilməyib. Amma artıq məlumdur ki, bu, inkişaf etmiş ölkələrin və beynəlxalq maliyyə institutları kimi digər özəl və dövlət mənbələrinin töhfələri ilə dəstəklənəcək. Aİ ölkələrinin və ya ABŞ-ın fondun işinə sərmayə qoymağı planlaşdırdığı açıqlanmır.
Fond ilk növbədə ən həssas ölkələrə yönəldilsə də, iqlim fəlakətlərindən ciddi şəkildə zərər çəkmiş orta gəlirli ölkələrin də yardım almaq imkanı olacaq.
Detalların 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək iqlim konfransının əsas mövzusu olacağı ehtimal edilir. İndiyə qədər yalnız bir neçə ölkə əhəmiyyətli ödəniş öhdəlikləri götürüb.
Akqabay
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü














.jpg)



.png)



















