Digər
Pxenyandan BMT-yə AĞIR İTTİHAM: Qərəzlisiniz!
Şimali Koreya BMT-ni qərəzli olmaqda ittiham edir.
Publika.az xəbər verir ki, belə bir bəyanatı Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq He səsləndirib.
O, BMT-nin baş katibi Antonio Quterreşi qərəzli olmaqda günahlandırıb. KXDR Xarici İşlər Nazirliyi rəhbəri Antonio Quterreşin özünü Ağ Evin, eləcə də ABŞ Dövlət Departamentinin əməkdaşı kimi apardığını iddia edib:
“BMT Baş katibini qurumun nizamnaməsinin məqsəd və prinsiplərinə əməl etməyə çağırıram. Eləcə də, Quterreş bütün məsələlərdə qərəzsizliyi, obyektivliyi və ədaləti qorumaq vəzifəsini unutmamalıdır. Quterreş BMT-nin nizamnamə və prinsiplərini unudub. Ona görə də, ölkəmə qarşı bu cür acınacaqlı yanaşma sərgiləyir. Onun bu yolu seçməsindən dərin təəssüf hissi keçirirəm” .
Çoi Sonq He regiondakı “bütün fəlakətlərin” mənbəyini “ABŞ-ın təxribatçı hərəkətləri”ndə gördüyünü deyib.
O, Qərb ölkələrini il ərzində yarımadada “strateji nüvə silahları” ilə “nüvə müharibəsi üçün məşqlər” keçirməkdə ittiham edib:
“Bu da Şimali Koreyanın əks cavab tədbirləri görməsinə gətirib çıxardı. Eyni zamanda, gərginliyə səbəb oldu. BMT-nin baş katibi KXDR-i günahlandırır ki, niyə özünümüdafiə hüququndan istifadə edirsən. Bizim nüvə sınaqlarımız ədalətli şəkildə həyata keçirilir. BMT-nin Baş katibinin açıqlaması isə sadəcə təxribatdır”.
Tural Turan
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü














.jpg)



.png)



















