Digər
Türkiyə Suriya və İraqda əməliyyat keçirəcək - Ərdoğan açıqladı
Türkiyə hava əməliyyatından sonra Suriya və İraqda quru əməliyyatı keçirəcəyini istisna etmir.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Biz özümüzü hava əməliyyatı ilə məhdudlaşdırmaqdan danışmırıq", - deyə "Anadolu" agentliyi ondan sitat gətirir.
Türkiyə Hərbi Hava Qüvvələri terrorçu Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı hava əməliyyatı zamanı Suriyanın 4 və İraqın bir bölgəsinə zərbələr endirib.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, PKK-nın qərargahı, tunelləri və anbarları məhv edilib.
Əməliyyatın həyata keçirilməsi qərarı İstanbulda mərkəzi küçələrdən birində baş verən partlayış nəticəsində 6 nəfərin öldüyü terror aktından sonra verilib.
Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu bir müddət əvvəl İstanbulda törədilən terror aktı ilə bağlı təlimatın Suriya Mənbiçindən alındığını bildirib.
Səxavət
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü














.jpg)



.png)



















