Digər
Kim Çenin bacısı Seul hökumətini təhqir etdi: Qarşı tərəfin CAVABI isə...
Şimali Koreya liderinin bacısı Kim Ye Conq Cənubi Koreya prezidentini ABŞ-ın “sadiq iti” adlandırıb.
Publika.az xəbər verir ki, Şimali Koreya diktatorunun bacısı təkcə Cənubi Koreya prezidenti ilə kifayətlənməyib. O, hazırkı prezident Yoon Suk-Yeolun administrasiyasını sərt tənqid atəşinə tutub.
Məlumatı Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) də təsdiqləyib.
Cənubi Koreyanın Şimali Koreyaya əlavə sanksiyalar tətbiq etməsinə münasibət bildirən Kim Ye Conq Seul hökumətini "ABŞ-ın sadiq iti" adlandırıb:
"Onlar həmişə ABŞ-ın bizə qarşı sanksiyalar tətbiq etməsinə çalışıblar. Hər şey aydındır, onlar ABŞ-ın kuklası və sadiq itləridir. Cənubdakı koreyalıların indiki hakimiyyətin addımlarına bu cür səssiz qalmasına təəccüblənirəm".
Məsələyə Cənubi Koreyanın reaksiyası da özünü çox gözlətməyib. Seul hökuməti Kim Çen İnin bacısının onları təhqir etməsini "təəssüfləndirici hal" kimi qiymətləndirib.
Qeyd edək ki, Seul hökuməti Pxenyanın raket sınaqlarını sərt şəkildə qınamışdı və ABŞ-ı Şimali Koreyaya yeni sanksiyalar tətbiq etməyə çağırmışdı.
Tural Turan
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.png)





















