Digər
Qırğız deputat Qazaxıstanla sərhəddə itkin düşdü
Qırğızıstan Respublikasının deputatı Elvira Surabaldiyeva tviterdəki səhifəsində həmkarı Çingiz Aydarbekovun yoxa çıxdığını, deputat Emil Jamqırçiyevin isə Qazaxıstanla sərhəddə Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTDK) əməkdaşları tərəfindən saxlanıldığını bildirib.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, dəfn mərasiminə iki kişi gedib. Amma Qazaxıstanla sərhəddə yerləşən “Ak Jol” sərhəd-keçid məntəqəsində məlum olub ki, Jamqırçiyevin çıxışına qadağa qoyulub. Qadın deputat əlavə edib ki, MTDK tərəfindən saxlanılıb, lakin bir müddət sonra sərbəst buraxılıb.
“Aydarbekov heç yerdə yoxdur, onu tapa bilmirik. Dünəndən bəri əlaqə yoxdur. MTDK susur”, - o, ikinci deputatın taleyi ilə bağlı qeyd edib.
“Sputnik” agentliyinin Qırğızıstan üzrə regional bölməsi yazıb ki, MTDK-nin mətbuat xidmətindən hələlik şərh almaq mümkün deyil.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.png)





















