Digər
Qətərdən ikili standart - Qırğızıstan nota verdi
Qırğızıstanlı fanatlar Qətərin ikili standartlarından narazıdırlar. Onlar iddia edirlər ki, Qətər daha zəngin ölkələrdən olan azarkeşlərə üstünlük verir, qırğız azarkeşlərə icazə kartının verilməsini yubadır.
Publika.az xəbər verir ki, Qırğızıstan Xarici İşlər Nazirliyi Qətər səfirliyinə dünya çempionatının oyunlarında iştirak etmək üçün bu ölkəyə getməkdə problem yaşayan qırğızıstanlı futbol azarkeşlərinə yardım göstərilməsi üçün nota göndərib.
Bundan əvvəl bir neçə Qırğızıstan vətəndaşı sosial şəbəkələr və yerli media vasitəsilə şikayət etmişdilər ki, biletlərinin olmasına baxmayaraq, Qətərdə keçirilən dünya çempionatına gedə bilməyiblər. Onların sözlərinə görə, Qətərə daxil olmaq üçün zəruri olan fan-kartın verilməsinə baxılması, adətən bir neçə gün çəksə də, qırğızlar üçün bu proses neçə ay uzanıb. Narazı futbolsevərlər Qətərin daha zəngin ölkələrdən olan azarkeşlərə üstünlük verərək, kartın qırğızıstanlılara verilməsini qəsdən yubatdığını iddia edirlər.
Məsələ ilə bağlı açıqlama verən Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib: "Alınan məlumata görə, fan-kart üçün müraciət edərkən, bəziləri yanlış məlumatlar verir, lazımi sənədləri tam yükləmir, həmçinin keyfiyyətsiz fotoşəkillər verirlər”.
Onun sözlərinə görə, qırğız fanatların üzləşdikləri problemi həll etmək üçün Qətər dövlətinin Qırğızıstandakı səfirliyinə nota göndərilib.
Ayşən Rəhim
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.png)





















