Digər
Rusiya bununla bağlı siqnal verməyib - NATO-nun baş katibi
NATO-nun baş katibi Stoltenberq bildirib ki, Moskva ilə Kiyev arasında sülh danışıqları üçün heç bir şərt yoxdur
Publika.az xəbər verir ki, o, bu barədə “Financial Times”ın təşkil etdiyi tədbirdə onlayn çıxışı zamanı bildirib.
“Hələ şərait yaradılmayıb, çünki Rusiya Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməklə danışıqlara hazır olduğuna dair siqnallar verməyib. Amma buna nə mən, nə də Brüssel qərar verməli deyil. Ukraynalılar danışıqların vaxtının nə zaman çatdığına qərar verməlidirlər”, - Stoltenberq diqqətə çatdırıb.
O, həmçinin xatırladıb ki, alyans suveren dövlət kimi Ukraynanın özünümüdafiə hüququnu dəstəkləyir.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Kiyevlə danışıqlar üçün heç bir perspektiv görmür.
Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken isə əksinə, hesab edir ki, Moskva Ukrayna ilə bağlı diplomatik əməkdaşlıq əhval-ruhiyyəsində deyil.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli də bildirib ki, Şimali Atlantika Alyansı Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı münaqişənin həlli üçün cidd danışıqlar aparmağa hazır olduğunu görmür.
Ayşən Rəhim
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO














.png)





















