Digər
ABŞ-da Qaşıqçının qətl işi bağlandı - İbn Salman təzyiq edib?
ABŞ Dairə Məhkəməsinin hakimi, uzun müddət milli təhlükəsizlik işi üzrə direktor vəzifəsində çalışan Con Beyts 2018-ci ildə müxalif jurnalist Camal Qaşıqçının qətlində iştirakına görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmana qarşı işdən imtina etmək məcburiyyətində qaldığını etiraf edib.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Qaşıqçının nişanlısı Xaticcə Cengiz və öldürülən jurnalistin təsis etdiyi “Dawn” qeyri-hökumət təşkilatının verdiyi mülki iddianın rədd edilməsi qərarı vəliəhd şahzadənin 2018-ci ildəki qətlə görə məsuliyyətə cəlb edilməsi səylərinin sona çatdığını göstərir.
Bundan əlavə, ibn Salman indi ABŞ-a getməkdə sərbəstdir. Onun barəsində iş, onu həbs etmək hüququna malik olan ABŞ Prokurorluğu tərəfindən qaldırılmasa da, vəliəhdin bəzi hüquqi problemləri ola bilər.
Məhkəmə bu qərarı ABŞ Dövlət Departamentinin, vəliəhd şahzadənin Qaşıqçının qətli ilə bağlı ittihamlarda toxunulmazlığa malik olduğu fikrini bildirməsindən sonra verib.
Xatırladaq ki, Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna getdikdən sonra yoxa çıxıb. Rəsmi orqanlar Qaşıqçının konsulluq binasında vəhşicəsinə işgəncələrə məruz qalması və daha sonra öldürülməsi faktını təsdiqləyib.
Akqabay
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO














.png)





















