Digər
Rusiyalı qadın Türkiyədə ABŞ-dan olan təqaüdçülərə niyə həsəd aparıb?
Rusiyalı turist Türkiyədəki lüks hoteldə olub və orada istirahət edən ABŞ-dan və Avropadan olan təqaüdçülərə həsəd aparıb.
Publika.az xəbər verir ki, rusiyalı səyahətçi təəssüratlarını turizm portallarından biri ilə bölüşüb.
Qadın uzun müddət Belekdəki "Cornelia Diamond Golf Resort"a getmək istədiyini, ancaq baha olduğu üçün yay aylarında bu hoteldə istirahət edə bilmədiyini söyləyib: iki nəfərlik yay turu ona təxminən yarım milyon rubla başa gəlib. Ancaq qış bileti xeyli ucuz olduğu üçün bundan yararlanıb: "Yeni il tariflərinin qiymətini öyrənmək qərarına gəldim: bir həftənin qiyməti iki nəfər üçün 124 min rubl idi. Güclə də olsa ərimi tətilə getməyə razı sala bildim",- qadın deyib.
Rus qadının sözlərinə görə, hotelin, sanki yeni təmirdən çıxmış kimi bütün otaqları qüsursuz olub.
Turist hoteldə türk yeməklərinə və mətbəxinə necə heyran qaldığından da danışıb: "Tək mənfi cəhət o idi ki, rusdilli kadrlar azlıq təşkil edirdi. Bunun olmaması qəbul masasında bizə çətinlik yaratdı. Ola bilsin ki, qış olduğu üçün bu problemlə üzləşdik".
“Əsasən Rusiyadan olan gənc cütlüklər, həmçinin avropalılar və pensiya yaşındakı amerikalılar hoteldə istirahət edirlər. Onların və bizim təqaüdçülərimizə baxanda çox təəcübləndim. Kaş ki, təqaüdçülərimiz belə istirahət edə biləydilər. Bu, bizim ölkənin təqaüdçülərinə təhqirdr. Onlara həsədlə baxırıq”, - deyə turist qadın əlavə edib.
Ayşən Rəhim
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






