Digər
Rusiyanın Ankaradakı səfirinin qətlində son nöqtə: FETÖ-nün hədəfi nə olub?
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsdini təşkil edən Fətullahçı Terror Təşkilatında yer alan 13 müttəhimin mühakimə olunduğu iş materialları ilə bağlı Ali Apellyasiya Məhkəməsi qərar çıxarıb.
Publika.az xəbər verir ki, məhkəmənin qərarında 15 iyul çevriliş cəhdinin uğursuz olması səbəbi ilə sui-qəsd əmrinin Fətullah Gülən tərəfindən verildiyi qeyd olunub. Bildirilib ki, bu addım 15 iyul hadisələri ilə eyni məqsədi daşıyır. Belə ki, FETÖ uğursuz 15 iyul cəhdinin ardındanRusiya-Türkiyə münasibətlərini müharibə səviyyəsinə çatdıraraq, yeni çevriliş cəhdinə zəmin hazırlanmağı planlaşdırıb.

Şübhəlilər Vehbi Kürşat Akalın, Hüseyin Badce və Salih Yılmazın istintaq mərhələsindəki etirafları, HTS bazası və axtarış qeydləri ilə dosyedə yer alan digər məlumat, sənəd və ifadələr aktın FETÖ/PDY-nin birlikdə həyata keçirildiyini sübut edib.
Qətl üçün aylarla hazırlıq görüb
Mövlud Mert Altıntaşın istifadə etdiyi kompüterdən çəkilmiş görüntü üzərində aparılan araşdırmalarda 2016-cı ilin iyun ayında terrorçunun internet üzərindən “qoltuqaltı silah örtükləri”, “Baş nazirlik yaxa nişanı”, “polis kostyumu nişanı”, “sürətli silahdan istifadə üsulları”, “Səfirliklərə necə girmək olar”, “Rusiya səfirliyi”, “Rus Mədəniyyət Mərkəzi”, “Canik55”, “Qoruyucu qulaqlıq”, “Atlantik Silah”, “Cədvəl Şəkil Sərgisi”, “ishal simptomları”, “Otel Best Ankara”, “Türk Amerika Dərnəyi”, “Karlov”, “Tapançadan sürətli atəş texnikaları”, “Tapança atışını necə inkişaf etdirmək olar”, "komanda paltarı", "Sergey Tamayev" kimi axtarışlar etdiyi məlum olub.

Mövlud Mert Altıntaşın aktın gerçəkləşdiyi gün kostyum geyinməsi və pencəyinin yaxasına polis nişanı taxması sui-qəsd planının ən xırda detallarına qədər düşünüldüyünü sübut edir. Altıntaş hadisə baş verən gün Çevik Qüvvət Polis İdarəsinə getməmək üçün ishal şikayəti ilə tibbi arayış alıb.
Diqqəti digər terror qruplaşmalarına yönəltməyə çalışıb
Rəqəmsal materialların araşdırması onu göstərir ki, M.M. Altıntaş internet üzərindən fərqli dini qurumları araşdıraraq diqqəti yayındırmağa çalışıb. Belə ki, o, əvvəlcədən planlaşdırılmış strategiya çərçivəsində , “Youtube”da cihad marşları ilə əlaqədar bir çox videolar izləyib, bəzi terror təşkilatı üzvlərinin adlarını axtarıb, "Əl-Qaidə" terror qruplaşması tərəfindən həyata keçirilən terror aktlarına aid videolar izləyib, İŞİD, PKK kimi terror təşkilatları ilə bağlı bir çox axtarışlar edib. Onun həmçinin 2016-cı ilin fevral ayından etibarən fərqli nəşriyyatlatlara və fərqli dini qruplara mənsub olan yazarlara aid bir çox kitap sifarişi verdiyi, bu kitabların çoxunu heç oxunmadığı, sadəcə istintaq orqanlarının diqqətini başqa terror təşkilatlarna yönəltmək istədiyi məlum olub.

13 şəxsin mühakimə olunduğu iş üzrə qərar çıxaran Ali Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən verilən ağırlaşdırılmış ömürlük azadlıqdan məhrumetmə cəzalarını qüvvədə saxlayıb.
Nəzrin
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda










.jpg)



















.jpg)



