Dünya
Azərbaycanlılar Yaxın Şərqdə vahid ordu qurur – KRİTİK QƏRAR
PKK-nın Suriya qolu olan PYD və İŞİD təhlükəsinə qarşı dirəniş göstərən Azərbaycan əsilli türkmanlar öz ordularını quracaq.
Publika.az xəbər verir ki, bu barədə Suriya
türkmanlarının Türkiyənin Qaziantep şəhərində keçirilən
toplantısında qərar qəbul olunub.
Türkman siyasətçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, hərbi komandirlərin qatıldığı toplantıda ümumilikdə 150 nəfər iştirak edib.
Türkman Məclisinin başqanı Əbdürrəhman Mustafa suriyalı
türkmanların 5 ildir davam edən müharibədə ortaq hərəkət edə
bilmədiyini deyib: “İŞİD və PYD təhlükəsinə qarşı itirəcək bir
dəqiqəmiz belə yoxdur. Bu torpaqlar bizim minillik ana
vətənimizdir. İndi bizim torpaqları bəzi fanatik ünsürlər və etnik
terror qrupları qəsb edir. Vəziyyətə müdaxilə edilməsə, geri
dönəcək evlərimiz, üzərində yaşaya biləcəyimiz vətənimiz
olmayacaq”.
Məclis başqanı YPG (PYD-nin silahlı qanadı – red.) təhlükəsinin Tel
Abyaddan başlayıb Cerablus və Azez bölgəsinə doğru uzandığını
bildirib.
“YPG 200-dən çox türkman qəsəbəsini təhlükə altında saxlayır.
Müdafiə olunmaq və türkman torpaqlarının işğalının qarşısının
alınması üçün türkman ordusu qurulmalıdır”, - deyə o qeyd edib.
Məclis başqanı bu məsələ ilə bağlı bəzi planların olduğunu və bir
sıra addımların atıldığını da vurğulayıb.
Tel Abyad bölgəsinin təmsilçisi Ənvar Əl Haq Tuqayları komandiri
Abdullah Dədə türkman torpaqları üzərində Suriya Kürdüstanının 70
faiz qurulduğunu deyib: “Buna müdaxilə edilməsə türkman varlığı yox
olacaq”.
Daha sonra toplantı qapalı keçirilib və qəbul olunan qərar
açıqlanıb.
Ə. Mustafa bildirib ki, Hələb, Golan, Mumbuç, Cerablus,
Lazkiya-Bayırbucaq, İdlib, Rakka, Tel Abyad və Humus bölgəsinin
təmsilçiləri ilə aparılan müzakirələrin sonunda mühüm qərarlar
qəbul olunub.
“Türkman ordusunun qurulması istiqamətində addımların atılması
məqsədilə Hərbi Şuranın yaradılması qərarına gəldik”, - deyə Məclis
sədri vurğulayıb.
Asif Nərimanlı
-
Sosial16:18
Əli Əsədov yeni qərarlar imzaladı
-
Hadisə15:35
Türkiyədə güclü partlayış: xəbərdarlıq siqnalı verildi - FOTO
-
Enerji14:18
Azərbaycandan Avropaya qaz ixracı artıb: Ən çox hansı ölkələrə satırıq?
-
Dünya13:34
Ekstrasensdən qorxunc proqnoz: Ölümcül müharibə başlayacaq
-
ABŞ12:38
ABŞ-ın bu yaşayış məntəqəsində seçkinin nəticələri açıqlandı: Kim qalib gəlib?
-
Dünya12:05
Stoltenberqin sovet kəşfiyyatı ilə bağlı əlaqələri üzə çıxdı: Təxəllüsü "Steklov" olub
-
ABŞ11:22
ABŞ-ın növbəti prezidenti məlum oldu: “Simpsonlar”ın PROQNOZU...
-
Dünya09:54
Çin anons etdi: Yeni “gözəgörünməz” gəlir