Dünya
Yeni müharibə anonsu: “Nöqtə əməliyyatlarına” start verildi
Türkiyə hökuməti silahlarını buraxmaq istəməyən PKK-çılara qarşı
yeni plan hazırlayıb.
Publika.az Türkiyə KV-ə istinadən xəbər verir ki, hökumətin terrora
son vermək üçün başlatdığı həll prosesi kritik dövrə qədəm qoyub.
PKK-nın bu prosesdən sui-istifadə edərək insanları təhdid etməsi
səbirləri daşırıb.
Kəşfiyyat xidmətlərinin məlumatına görə, əlində silah olan PKK-çıların kimliyi məlumdur. İnformasiyaya görə, hökumət prosesi dəyərləndirərək “nöqtə əməliyyatlarına” başlamağı qərara alıb. Prezidenti Ərdoğan Nazirlər Kabinetinin iclasında “PKK silahı buraxmırsa, güc strukturları bu silahları toplasın. Həll prosesi bəhanəsi ilə bölgədə hakimiyyəti ələ keçirmək istəklərinin qarşısı alınmalıdır” deyə bildirib.
AKP rəsmiləri də bildiriblər ki, bölgədə təşkilatın başçılarının
kimliyi bəllidir: “Əməliyyatlar bunlara son verəcək. Misal üçün,
kritik nöqtələrdə gəncləri idarə edən insanlar var. Bu şəxslərə
qarşı əməliyyat keçirilib zərərsizləşdirilərsə, gəncləri təxribata
çəkənlər də qalmaz”.
Baş nazir Əhməd Davudoğlu artıq əməliyyatların ilk işarəsini
verib.
“Bütün güc strukturlarına təlimat verdik. Harada olursa olsun, kim
qeyri-qanuni şəkildə silah daşıyırsa, buna qarşı hər cür addım
atılacaq”, - deyə bildirib.
Baş nazirin köməkçisi Bülənt Arınçın “PKK silahı buraxmasa, terror
təşkilatını bundan sonra çətin günlər gözləyir” deməsi də terrorla
mübarizə məsələsində yeni dövrün başladığını göstərir.
Hökumət mənbələrinin məlumatına görə, lazım olsa, demokratikləşmə prosesi dayandırılacaq. Əsas məqsəd silahsızlaşdırmanın həyata keçirilməsidir.
Bölgələrdə valilər və hüquq-mühafizə orqanları silahların
toplanması istiqamətində işə başlayıb. “Paralel hökumətə” bağlı
polislər isə müvəqqəti olaraq işdən alınacaq.
Asif Nərimanlı
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?