ABŞ-ı hiddətləndirdi: Senatorlar da Netanyahuya qarşı çıxdılar
Bizi izləyin

Dünya

ABŞ-ı hiddətləndirdi: Senatorlar da Netanyahuya qarşı çıxdılar

İsrailin baş naziri Binyamin Netanyahunun ən etibarlı beynəlxalq dəstəyi olan ABŞ Konqresindəki Respublikaçıların münasibəti tamamilə dəyişir. Lobbilərə görə, Respublikaçı Konqres üzvləri indi İsraili “İranı müharibəyə sövq etməkdə və ABŞ-ı öz tərəfinə çəkməyə çalışmaqda” ittiham etməyə başlayıblar.

Publika.az xəbər verir ki, “The National Interest”də dərc olunan son məqalədə ABŞ Konqresindəki senatorların və büdcə auditorlarının, eləcə də Pentaqonun Netanyahunun müharibə çağırışlarına dəstək verilməməsi üçün sərt xəbərdarlıq və tənqidlər yer alıb.

Netanyahu HƏMAS ilə atəşkəs danışıqlarının nəticəsindən asılı olmayaraq Qəzzanın cənubundakı Rəfah şəhərinə hücum edəcəklərini bildirib. Bundan sonra beynəlxalq ictimaiyyət və qurumlar tərəfindən İsrailə təzyiqlər davam edərkən, Netanyahuya ən böyük dəstəyi verən Respublikaçılar da qəzəblənməyə başlayıb.

Əldə edilən məlumata görə, ABŞ prezidenti Co Baydenin “dayan” çağırışlarına cavab verməyən Netanyahu haqqında demokratlar “qaydasız lider” kimi şərhlər verirlər.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm