Filippindən Çin üçün “su təzyiqi” qərarı: Gərginlik azalacaq?
Bizi izləyin

Dünya

Filippindən Çin üçün “su təzyiqi” qərarı: Gərginlik azalacaq?

Filippin və Çin arasında gərginliyi azaldacaq açıqlama verilib. Filippin prezidenti Ferdinand Markos Çinə "su təzyiqi" ilə cavab verməyəcəklərini açıqlayıb.

Publika.az xəbər verir ki, Filippin prezidenti kiçik Ferdinand Markos Cənubi Çin dənizindəki mübahisəli sularda gərginliyi artırmaq istəmədiklərini bildirib:

“Qərbi Filippin dənizində suveren hüquqlarımızı müdafiə etməyə çalışırıq. Heç kimə su şırnaqları ilə cavab vermək fikrində deyilik. Bölgədə olan gərginliyi aradan qaldırmaq üçün diplomatik nota üsulundan istifadə edəcəyik. Bbölgədə gərginliyi artırmaq niyyətimiz yoxdur. Bunu etməyəcəyik”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm