Dünya
Surucda partlayan bomba rus istehsalı çıxdı
Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda 32 nəfərin ölümünə səbəb olan bombanın rus istehsalı olduğu bildirilib.
ANS PRESS-in məlumatına görə, hadisə yerində araşdırma aparan istintaq qrupu faktla bağlı ətraflı məlumatlar əldə edib. Hadisəni törədən kamikadzenin partlayış baş verən yerə gəldiyində bir neçə müşahidəçi tərəfindən nəzarətdə saxlanıldığını güman edən hüquq-mühafizə orqanları müşahidə kameralarının görüntülərini izləyərkən bu faktı diqqət mərkəzində saxlayırlar.
Kamera görüntülərinə görə, partlayışı törətdiyi güman olunan çadralı qadın və ya qadın kimi görünən kişi mədəniyyət mərkəzinə girir. Amma partlayışı törədənin bu şəxs olduğu hələlik dəqiqlik qazanmayıb. Əldə olunan məlumatlara görə, İŞİD üzvü olduğu güman olunan kamikadzeni müşahidə edənlər də olub. Həmçinin partlayışın baş verdiyi anda GSM qeydlərində bölgədə 27 aktiv danışıq müəyyən olunub. Həmin danışıqlar da tək-tək incələnəcək.
Kəşfiyyat mənbələrinə görə, danışan nömrələrdən ən azı biri müşahidəçilərdən birinə aid olmalıdır. İstifadə olunan partlayıcının isə rus istehsalı olan TNT olduğu bildirilir. İddianı araşdırmaq üçün Ankaradan bölgəyə yeni ekspert qrupu göndərilib.
Partlayışı İŞİD üzvü olan 18 yaşlı qızın törətdiyi bildirilsə də onun şəxsiyyəti rəsmi olaraq hələki açıqlanmayıb. Basqa bir versiyaya görə isə hadisəni qadın paltarı geyinmiş 20 yaşlı Adıyaman sakini Ədurrəhman Alagöz əlindəki bağlamanı partladaraq törədib.
Xatırladaq ki, iki gün əvvəl gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar olduğundan ölü sayının çoxalacağı istisna olunmur.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR