Fransız bəstəkar Rusiya vətəndaşlığını qəbul etdi
Bizi izləyin

MDB

Fransız bəstəkar Rusiya vətəndaşlığını qəbul etdi

Fransız bəstəkar və pianoçu Nikolas Çeloro Rusiya vətəndaşlığını alıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk özünün Telegram kanalında məlumat verib.

O, bildirib ki, musiqiçi bir ildən artıqdır ki, həyat yoldaşı ilə Rusiya Federasiyasında yaşayır. Rusiyaya köçəndən bəri musiqiçi 30 konsertdə iştirak edib.

“Mən Rusiya Federasiyasının vətəndaşlığını könüllü və şüurlu şəkildə qəbul edirəm. Rusiya Federasiyasının konstitusiyasına və qanunvericiliyinə, onun vətəndaşlarının hüquq və azadlıqlarına əməl edəcəyimə and içirəm”, - deyə Nikolas Çeloro sənədin təqdimat mərasimində oxuyub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm