Dünya
Türkiyə İŞİD-ə müharibə elan etdi – SON DƏQİQƏ
Türkiyə Suruç terrorundan sonra İŞİD-ə qarşı ikitərəfli
əməliyyatlara başlayır.
Publika.az xəbər verir ki, son altı ayda İŞİD üzvü
olmaqda şübhəli bilinən 600 şəxsi məsuliyyətə cəlb edən, 150-dən
çox terrorçunu həbs edən Ankara Suruçda törədilən terror aktını
İŞİD-in “bizimlə işin olmasın” mesajı olaraq qəbul edib.
Türkiyə KİV-nin məlumatına görə, hökumətin İŞİD-lə mübarizəsi kəskin mərhələyə keçir. Hazırda terror təşkilatının Türkiyədəki bağlantılarını məhv etmək üçün əməliyyatlar hazırlanır.
İlk növbədə İŞİD-in Türkiyədəki maliyyə və loqistik şəbəkəsi
çökdürüləcək. Təşkilat üzvlərini Suriya və İraqa keçirənlər,
xaricdəki şəbəkə ilə əlaqələr yaradanlar, onların maliyyə
qaynaqları hədəfə alınacaq.
Bütün bunlar hökumətin ən yüksək səviyyəsində müzakirə edilir. Baş
nazir Əhməd Davudoğlunun Nazirlər Kabinetində keçirdiyi toplantıda
“İŞİD-lə mübarizədə geriyə addım yoxdur” qərarı verilib.
Qərarların detalları bunlardır:
Əməliyyatlar və kəşfiyyat fəaliyyəti artırılacaq. Mübarizə iki mərhələdə aparılacaq. Əvvəlcə Türkiyədəki İŞİD şəbəkəsinin aşkarlanaraq zərərsizləşdirilməsi, əsas şəxslərin deşifrə olunması və bütün bunların aradan qaldırılması üçün addımlar atılacaq.
Terror təşkilatının üzvlərini Suriya və İraqa keçirən şəxslər və
onların maliyyə qaynaqları hədəf olacaq.
İkinci mərhələdə Türkiyədə İŞİD tərəfdarı olan və birbaşa ona
bağlı olanlar aradan qaldırılacaq. Bu iş üçün xüsusi qrup fəaliyyət
göstərəcək. İŞİD-lə yanaşı Türkiyədəki digər terror təşkilatlarına
qarşı da mübarizə genişləndiriləcək. İŞİD-lə mübarizə aparılarkən,
PKK və digər terror təşkilatlarının təsir imkanlarının
genişlənməsinə imkan verilməyəcək.
Asif Nərimanlı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq