Dünya
Abbas Lisani zindanın ağır bölümünə göndərilib
İyulun 22-də Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan tanınmış azərbaycanlı fəal Ərdəbil zindanının ən ağır bölümə - 7-ci bölümünə salınıb.
Publika.az xəbər verir ki, 1 il müddətinə azadlıqdan məhrum edilən Abbas Lisani hzırda narkotik alüdəçiliyi və ağır cinayət ittihamları ilə həbs edilən məhbuslarla bir kamerada saxlanılır.
Günaz TV-yə danışan fəalın həyat yoldaşı Ruqəyyə Əlizadə bildirib ki, sözügedən bölümdə məhbusların adi tələblərini qarşılamaq üçün heç bir imkan yoxdur. "Məsələn yataq yoxdur və onlar otaq və dəhlizlərdə yerdə yatırlar" - deyə Ruqəyyə xanım bildirib.
Qeyd edək ki, adı çəkilən tanınmış azərbaycanlı fəal iyulun 22-də Ərdəbil şəhərində öz iş yerinə getdiyi vaxt təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Azərbaycanlı fəal Urmiya gölü etirazları ilə əlaqədar çağırışları ilə bağlı məhkum olunduğu bir illik həbs cəzasını çəkmək üçün zindana atılıb.
Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi martın 25-də məhkəmə qərarını yazılı olaraq elan edib.
1 il müddətinə azadlıqdan məhrum edilən A.Lisaniyə qarşı irəli sürülən ittihamnamədə azərbaycanlı fəal sistemin əleyhinə təbliğ və ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaqda ittiham olunur.
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA