Dünya
Qəddafinin oğlunun döyülməsi görüntüləri yayıldı - VİDEO
Liviya prokurorluğu ölkənin keçmiş lideri Müəəmmər Qəddafinin oğlunun həbsxanada döyülməsini əks etdirən videogörüntülərin yayılmasından sonra araşdırmalara başlayıb.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, 42 yaşlı Saadi Qəddafinin döyülməsi görüntüləri Tripoli şəhərindəki həbsxanada lentə alınıb.
Videoyazıdan görünür ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Saadi Qəddafini üz nahiyəsindən vururlar. Polislər daha sonra onun ayaqlarını boruya bağlayaraq ayaqlarının altını vururlar.
Tripoli prokurorluğu videoyazıda təsvir edilən hüquq-mühafizə orqanlarının məsuliyyətə cəlb edəcəyini açıqlayıb.
“Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatı videonun yayılmasından sonra narahatlığını ifadə edib. Təşkilatın Yaxın Şərq üzrə direktor müavini Co Storkanın sözlərinə görə, “Al-Xadba" həbsxanasında Saadi Qəddafi və digər saxlanılanların dindirilməsində istifadə edilən işgəncə metodları ciddi narahatlıq yaradır.
Qeyd edək ki, Saadi Qəddafi ötən il Liviyaya Nigerdən ekstradisiya olunub. Əvvəllər Liviya Futbol Federasiyasına başcılıq edən Saadi futbolçunun qətlində, həmçinin başqa cinayətlərdə ittiham edilir. Onun döyülməsi ilə bağlı video isə Qəddafinin digər oğlu Seyf Əl-İslamın ölüm cəzasına məhkum edilməsindən sonra yerləşdirilməsi diqqət çəkir. Qəddafinin oğlu ilə yanaşı Liviyanın keçmiş səkkiz məmuru da ölüm cəzasına məhkum edilib. Onların arasında keçmiş baş nazir Əl-Bağdadi Əl-Mahmudi və kəşfiyyat rəisi Abdullah Əl-Senussi də var.
Ömər Dağlı
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO