Region
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq.
Publika.az xəbər verir ki, bununla bağlı müvafiq tapşırığı Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı verib.
MHP sədrinin müavini İsmail Özdəmir bildirib ki, qərar Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, şair və maarifçi, Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 132-ci ildönümü ilə əlaqədar qəbul edilib.
Özdəmirin sözlərinə görə, yeni İnstitutun yaradılması şairin, həmçinin məşhur “Çırpınırdı Qara dəniz” mahnısının sözlərinin müəllifi olan Əhməd Cavadın yaradıcılığının hərtərəfli təhlili məqsədi daşıyır.
“Əhməd Cavad adına İnstitutun fəaliyyəti türk xalqlarının yaxınlaşması və həmrəyliyi işinə növbəti töhfə olacaq. MHP-nin mərkəzi aparatının binasında fəaliyyət göstərəcək yeni struktura Partiya sədrinin baş müşaviri, professor Ruhi Ersoy rəhbərlik edəcək”, - deyə MHP sədrinin müavini diqqətə çatdırıb.
-
Nida Xəbər 16:32
Ermənistan sərhədimizdə müşahidə məntəqələri tikir
-
İqtisadi gündəm16:00
Fermerin üzü gülür: Amma alıcının cibi “yanır”
-
Sosial15:54
Bu şəxslərə hər ay 200 manat veriləcək - RƏSMİ
-
Maraq dünyası15:00
Yaxın günlərdə pul kisələri dolub-daşacaq 3 bürc
-
Magazin114:20
Xalq artistindən Pərvinə sərt cavab: “Çaşan ördək...”
-
Nida Xəbər 13:48
Ermənistan polis daha bir separatçının evinə girdi: Paşinyanı devirmək istəyiblər?
-
Ekologiya13:16
Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin112:44
Günayın hədiyyəsi Nadir Qafarzadəni ağlatdı - VİDEO