Dünya
Putinin planı: İŞİD-in məhvi, yoxsa Əsədin xilası?
Rusiya İŞİD terror təşkilatı ilə mübarizə planını hazırlayıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Qətərdə Körfəz Əməkdaşlıq Şurası (KİK) ölkələrinin xarici işlər nazirləri ilə görüşən Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Vladimir Putinin İŞİD-lə mübarizə planını ilk dəfə açıqlayıb.
Plan İŞİD-in məhv edilməsi üçün Suriya və İraq orduları ilə kürd gücləri və digər bölgə ölkələrinin təmsil olunduğu yeni bir beynəlxalq koalisiyanın yaradılmasını nəzərdə tutur. Bir sözlə, Putinin planında əsas rol Bağdad və Dəməşq ilə kürd güclərinə verilir.
Lakin hələlik ABŞ və onun ərəb müttəfiqləri Putinin planını qəbul etməyə tələsmirlər.
Xatırladaq ki, İŞİD-ə qarşı ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiya mübarizə aparır. Koalisiyada Rusiya iştirak etmir. Rusiyanın “Kommersant” nəşrinin mənbələri bildirib ki, yeni koalisiyaya BMT Təhlükəsizlik Şurası tərəfindən mandat verilməsi Moskva üçün prinsipial dərəcədə əhəmiyyətlidir. Nəşrin məlumatına görə, Rusiya prezidenti sentyabrda Nyu-Yorkda BMT Baş Asambleyasının 70-ci sessiyasının açılışında çıxış zamanı bu mövzuya xüsusi diqqət ayıracaq.
Ömər Dağlı
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi