Dünya
Üsyançılar aviabazadan qovulub
Yəməndə hökumətə yaxın qoşunlar husi üsyançılarla döyüşdə ölkənin ən böyük aviabazasını ələ keçiriblər.
Publika.az xəbər verir ki, bu barədə BBC-yə hərbi qüvvələrin sözçüsü bildirib. Onun sözlərinə görə, son günlər baş vermiş intensiv döyüşlər nəticəsində Ədən şəhərinin şimalında yerləşən əl-Anad aviabazasında ağır itkilər olub.
Hökumətpərəst qüvvələr, Səudiyyə hava hücumlarının dəstəyi ilə, Ədən şəhərini iyul ayında üsyançılardan geri qaytarıb.
Səudiyyə Ərəbistanı üsyançıları geri çəkərək hökuməti bərpa etmək üçün kampaniyaya başçılıq edir. Birləşmiş Ərəb Əmirliklərindən olan qoşunlar və zirehli texnikanın da son günlər ərzində Yəmənə gəldiyi bildirilir.
Associated Press xəbər agentliyi hərbçilərə istinadən məlumat verir ki, xarici qoşunlar hökumətə yaxın qoşunlara müasir silahlar və tanklarla kömək edir.
Lakin yerli jurnalistlər BBC-ə bildirib ki, Ərəb Əmirliklərinin qoşunları döyüş üçün yox, daha çox məsləhətçi kimi göndərilib.
Yəmən hərbi rəhbərliyi isə ölkəyə xarici qoşunların gəldiyini inkar edib.
-
Hadisə20:48
Azərbaycanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: aralarında tələbələr də var
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu