Dünya
PKK AKP-yə hücum edib - VİDEO
Terrorçuların növbəti hədəfi hakim Ədalət və İnkişaf
Partiyasının (AKP) İstanbulda yerləşən binası olub. Silahlı hücum
zamanı itki qeydə alınmasa da, amma insanların təşvişi hər gün bir
az da artır.
ANS TV- nin məlumatına görə, hücum zamanı binanı mühafizə edən özəl
təhlükəsizlik xidmətinin əməkdaşı yaralanıb. 31 yaşlı mühafizəçi
təcili tibbi yardım maşını ilə Okmeydanı Təhsil və Tədqiqat
Xəstəxanasına yerləşdirilib.
Silahlı insindentin ardından hadisə yerinə xüsusi təyinatlı
dəstələr, polis qüvvələri, zirehli texnika səfərbər olunub.
Atəşin açıldığı yerdə müstəntiqlər güllə gilizlərini araşdırıb,
şahidlər dindirilib. Təhlükəsizlik qüvvələri aradan çıxmış
silahlıların ələ keçirilməsi üçün yaxın çevrədə genişmiqyaslı
əməliyyata başlayıb.
Bu arada AKP binasına edilən silahlı hücumun ardından da eyni
küçədə şübhəli paket vətəndaşların həyəcanına səbəb olub.
Paketdə partlayıcı qurğunun olması ehtimalı ilə polis paketin
olduğu çevrədən insanları uzaqlaşdırıb, təhlükəsizlik tədbirləri
həyata keçirildikdən sonra paket istehkamçılar tərəfindən
partladılıb.
Sonradan paketin boş olduğu müəyyənləşib.
Mardin vilayətinin Midyat rayonunda isə məişət zəminli dava
çağırışına gedən polis gözlənilmədən pusquya düşüb.
Cumhuriyyət bulvarına gələn polis maşınına terrorçular avtomat
silahlardan atəş açıb. Hücumda ağır yaralanan polis zabitlər Midyat
Dövlət Xəstəxanasına çatdırılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, ağır yaralanan polislərdən
biri şəhid olub. Polis maşınını pusquya salan terrorçuların
yaxalanması üçün bölgədə təhlükəsizlik qüvvələri ayağa
qaldırılıb.
-
Region11:46
Türkiyə ilə Ermənistan anlaşma əldə etdi: Mirzoyan açıqladı
-
Elm və təhsil11:21
Alimlər Allahın işinə əl uzatdı: "Hər şeyə qadir" 12 barmaqlı insan yaradılır
-
Dünya10:51
Putinin əlinə çəkdiyi krem görün necə satılır
-
Region10:10
Türkiyəyə təklif edilən mühüm layihə: reallaşarsa... - ABŞ təzyiqlərə başladı
-
Hadisə09:42
"Tarovı"da gərginlik: Gənc qız sevgilisini... - VİDEO
-
Sosial09:12
Bu tarixdə ət UCUZLAŞACAQ - VİDEO
-
Hadisə08:25
12 yaşlı yeniyetmə süni göldə batdı
-
Sağlamlıq07:25
25 yaşdan öncə ata olan kişiləri gözləyən TƏHLÜKƏ