Dünya
Gizli mənbə Ukrayna ilə bağlı detalları açdı: ABŞ qorxur ki...
Amerika və Ukraynanın prioritetləri fərqlidir, çünki Moskva ilə münasibətlərin daha da kəskinləşməsindən sonra Kiyevin “itirəcək heç nəyi qalmayıb”. Eyni zamanda, ABŞ hakimiyyəti münaqişənin nüvə eskalasiyasından qorxur.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) ABŞ prezidenti Co Baydenin müşavirlərinə istinadən yazır.
NYT bu şərhləri anonimlik şərti ilə alıb. O, mənbəsinə Vaşinqtonun Kiyevin Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etməsinə icazə verməsi ilə bağlı sual verib. Amerika liderinin məsləhətçilərindən biri deyib ki, bu məhdudiyyət “zaman Ukraynanın tərəfində olanda” məna kəsb edirdi, lakin indi vəziyyət dəyişib.
Rusiya Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, NATO ölkələri Ukraynaya silah yardımı etməklə “odla oynayır”. Lavrovun fikrincə, blok və ABŞ münaqişədə birbaşa iştirak edir və bu, onun həllinə kömək etmir.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Kreml vurğulayıb ki, Ukraynanı Qərbdən silahlarla doldurmaq Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.
Adəm Abbaslı
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin

















.webp)
.png)










.jpg)
.jpg)