Dünya
Bir erməni ailəsini məhv edən rusiyalı əsgərə 10 il həbs
Məhkəmə Rusiyanın Ermənistandakı Gümri bazasında qulluq edən əsgər Valeri Permyakovu 10 il həbs cəzasına məhkum edib.
Publika.az-ın məlumatına görə, o, hərbi xidmətdən yayınmaq məqsədilə özbaşına və əli silahlı hərbi hissəni tərk etməkdə təqsirli bilinib.
Hərbi hissəni tərk edən Valeri Permyakov həm də yanvarın 12-də Gümri sakini Avetisyanlar ailəsinin 6 üzvünü, o cümlədən 2 yaşlı qız və doqquzaylıq oğlan uşaqlarını öldürməkdə ittiham olunur.
Bu cinayət işi ayrıca icraata ayrılıb və Ermənistan Xüsusi İstintaq Komitəsinə təqdim edilib. Qətl cinayət işi üzrə məhkəmə prosesinin Ermənistan məhkəməsində icra edilməsi nəzərdə tutulur.
Gümri hərbi bazasında başlanan məhkəmə prosesində Rusiya 5-ci Hərbi Qarnizon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Aleksandr Şeldyayev sədrlik edir.
Məhkəmədə qətlə yetirilən ailənin təmsilçiləri və vəkilləri də iştirak edir. Kiçik zalda keçirilən prosesin əvvəlində və sonunda, operatorlara çəkiliş aparmağa icazə verilir.
Valeri Permyakov öz günahını etiraf edib, lakin Avetisyan ailəsinin qətlə yetirməsinin səbəbləri bu günədək məlum deyil.
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO