Dünya
Türkiyədə növbədənkənar parlament seçkiləri keçiriləcək – YENİLƏNİB
Əhməd Davudoğlu görüşdən sonra media nümayəndələrinin qarşısına çıxıb və CHP ilə razılaşa bilmədiyini vurğulayıb.
Koalisiya müzakirələrinin açıq və şəffaf keçirildiyini deyən baş nazir AKP və CHP arasında xarici siyasət və təlim mövzusu başda olmaqda dərin fikir ayrılıqlarının olduğunu bildirib. Əhməd Davudoğlu Kılıçdaroğlunun 12 illik müxalifət təcrübəsindən və AKP-nin 12 illik iqtidar təcrübəsində ortaq qərarın çıxmadığını deyib.
”Razılaşmaq nə qədər təbiidirsə, razılaşmamaq da bir o qədər təbiidir”, - baş nazir deyib.
Əhməd Davudoğlu bundan sonra atılacaq addımlarla bağlı Türkiyə Böyük Millət Məclisinin qərar verəcəyini bildirib.
O, eyni zamanda yenidən xalqın qarşısına çıxmağın tək ehtimal kimi qaldığını söyləyib. O, Türkiyədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini istisna etməyib.
17:54
Türkiyənin nəticəsini səbrsizliklə gözlədiyi Davudoğlu-Kılıçdaroğlu görüşü başa çatıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə baş naziri Əhməd Davudoğlu və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu arasında Ankara Palasda keçirilən koalisiya görüşü saat yarım davam edib.
İki tərəfin də yaxın dəqiqələrdə görüşün nəticələri barədə açıqlama verməsi gözlənilir.
Qeyd edək ki, bu, koalisiya hökumətinin qurulması üçün hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə CHP arasında keçirilən sonuncu görüş idi. İki partiyanın razılaşmayacağı halda erkən seçkilərin keçiriləcəyi gözlənilir.
Qeyri-rəsmi məlumata görə, tərəflər koalisiya hökumətinin qurulmasında razılığa gələ bilməyiblər.
Ömər Dağlı
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: polis həmkarlarını öldürdü - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ27 Aprel 20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin127 Aprel 19:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər