Dünya
Türkiyə ərazisində fövqəladə vəziyyət elan edilib
Türkiyənin Muş vilayətinin Varto qəsəbəsində təhlükəsizlik məqsədilə fövqəladə vəziyyət elan edilib.
Publika.az xəbər verir ki, Muş valisi Vedat Büyükersoy insanların təhlükəsizliyini təmin etmək üçün bu gün səhər saat 8:30-dan etibarən insanlara küçəyə çıxmağın qadağan edildiyini bildirib. Buna səbəb Muşun təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında silahlı qarşıdurmaların baş verməsidir.
Türkiyə mətbuatının məlumatına görə, dünən PKK terrorçuları Muş vilayətinin idarəçiliyinə məxsus olan bir ekskovatoru ələ keçirərək Varto qəsəbəsinin girişindəki körpünü dağıdıblar.
Muş valisi Vedat Büyükersoyun sözlərinə görə, PKK terrorçuları hələ də Vartodadır və onlara qarşı hərbi əməliyyatlar davam etdirilir, bəzən terrorçularla təhlükəsizlik qüvvələri arasında silahlı toqquşmalar olur.
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA