12 illik macəra rəsmən bitdi
Bizi izləyin

İdman

12 illik macəra rəsmən bitdi

Marko Roys mövsümün sonunda Dortmund "Borussiya"sını tərk edəcək.

Publika.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi iyunda bitəcək müqaviləni yeniləməyəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Marko “Borussiya”nın yetirməsi olub. 2012-ci ildə peşəkar oyunçu kimi kluba qayıdıb. Marko "arılar"ın forması ilə 424 oyun keçirib, 168 qol vurub və 128 məhsuldar ötürmə edib.

"Borussiya"nın heyətində Royss iki dəfə Almaniya kubokunu və üç dəfə ölkə Superkubokunu qazanıb. O, Almaniyada iki dəfə (2012, 2019) ilin oyunçusu seçilib və üç dəfə Bundesliqanın ən yaxşısı olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm