Dünya
Rusiyaya xəbərdarlıq: Krım presedent yaradacaq
Dünyanın 7 böyük dövləti - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ (G7), Avropa Şurası və Avropa Komissiyası birgə bəyanatla çıxış edib.
Publika.Az –ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bəyanatda Rusiyadan 16 Mart tarixində Krımda keçirilməsi planlaşdırılan referenduma dəstək verməməsi istənilir.
“Biz Rusiya Federasiyasını Krımın statusun dəyişdirilməsinə xidmət edən bütün səyləri dayandırmağa çağırırıq. Bu Ukrayna və beynəlxalq hüququn pozulmasıdır”, - bəyanatda deyilir.
Bildirilir ki, bəyanatı imzalayanlar heç bir halda referendumun nəticələrini tanımayacaqlar. Bəyanatda istənilən bu cür referendumun heç bir qanuni gücə malik olmayacağı qeyd olunub.
“G7 ölkələri hesab edir ki, “Krımın zəbt edilməsi” yalnız Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə zərər verməyəcək, həm də bütün dövlətlərin ərazi bütövlüyünə əsaslanan dünya nizamını silkələyəcək. Əgər Rusiya Federasiyası belə bir addım atarsa, biz kollektiv olaraq sonrakı hərəkətlərə təşəbbüs edəcəyik”, - G7-nin bəyanatında deyilir.
Xatırladaq ki, Krım parlamenti 6 Martda Rusiyanın tərkibinə daxil olması barədə qərar qəbul edib. Həmin gün həmçinin, 30 Mart tarixində keçirilməsi planlaşdırılan referendum iki həftə əvvələ çəkilərək 14 Mart tarixinə təyin edilib. Referenduma iki alternativ sual çıxarılacaq. Onlardan biri Krımın Rusiyaya yenidən birləşməsi, digəri isə Ukraynanın tərkibində qalmaqla Krımın statusunun genişləndirilməsinə imkan verən 1992-ci il Konstitusiyasının bərpası ilə bağlıdır.
Krımın tərkibinə daxil olmayan Sevastopol Şəhər Şurası da Rusiyanın tərkibinə daxil olması barədə qərar verib.
Ömər Dağlı
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi