Dünya
Obama Ağ Evdə Yatsenyuku qəbul edir
ABŞ prezidenti Barak Obama Ağ Evdə Ukraynanın müvəqqəti
hökumətinin baş naziri Arseni Yatsenyuku qəbul edir. Publika.Az
xəbər verir ki, bu, Obamanın baş nazir Arseni Yatsenyukla ilk
görüşüdür və ABŞ-ın Ukraynanın yeni hökuməti və xalqına dəstək
xarakteri daşıyır. Ağ Evin bildirdiyinə görə, prezident Obama və
cənab Yatsenyuk arasında danışıqlar zamanı Ukraynaya iqtisadi
yardım məsələsi müzakirə ediləcək. Birləşmiş Ştatlar artıq
Ukraynaya 1 milyard dollar məbləğində yardım etməyə söz verib.
A. Yasenyuk ABŞ-a səfərini rusların əksəriyyət təşkil etdiyi Krımda
Moskvanın dəstəyi ilə Rusiyaya birləşməyə dair referendumun
keçirilməsinə hazırlıq getdiyi vaxt edir.Səfərdən bir gün öncə ABŞ
Konqresinin Nümayəndələr Palatası Krımda Ukraynanın suverenliyinin
pozulması ilə əlaqədar Rusiyanı qınyan qətnaməni yekdilliklə qəbul
edib. Qətnamədə eyni zamanda regiona beynəlxalq müşahidəçilərin
göndərilməsinə çağırılır.
ABŞ dövlət katibi Con Kerri Rusiyanın Xarici İşlər naziri Sergey
Lavrovla telefon söhbəti zamanı Rusiya hərbi qüvvələrinin Ukraynada
vəziyyətə müdaxiləsinin qəbuledilməz olduğunu deyib.
Moskva etnik rusların əksəriyyət təşkil etdiyi Krımı işğal etmək
üçün yarımadaya hərbi qüvvə göndərildiyini rədd edir. Lakin
şahidlər bu ayın əvvəli heç bir nişanı olmayan hərbi forma geymiş
şəxslərin Rusiyada qeydiyyatdan keçmiş maşınlarda gəldiyni və açıq
şəkildə rus olduqlarını dediyini bildiriblər.
İsmayıl
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”