Dünya
Arvadını öldürüb İŞİD-ə qoşulduğunu uydurdu - FOTO
İtkin düşən Moskva sakini 30 yaşlı Fatima Şaxşiyevanın İŞİD qruplaşmasına qoşulması haqda xəbərlər təkzib olunub. Sən demə, itkin düşən 3 uşaq anasını əri qətlə yetirərək İŞİD-ə qoşulması haqda şayiələr yayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Moskvada yaşayan Fatima Şaxşiyevanın iyunun əvvəllərində İŞİD-ə qoşulmaq üçün ailəsini ataraq Suriyaya getməsi haqda məlumat verilib. Bu xəbəri qadının 37 yaşlı əri Şapi Şaxşiyev də təsdiq edib. Hüquq-mühafizə orqanlarının Şaxşiyevlər ailəsində apardığı araşdırmadan sonra dəlil-sübut kimi tapılan bıçaq 3 uşaq anasının qətlə yetirilməsi faktını ortaya çıxarıb. Tapılan soyuq silahın üstündə hələ də qan izləri olub. Gənc qadının meyidi isə hələ də tapılmayıb.
Qeyd edək ki, 30 yaşlı Fatima Şaxşiyevanın iyunun 13-də itkin düşməsi haqda xəbər yayılıb. Ərinin verdiyi məlumata görə, həyat yoldaşı rəfiqəsi ilə Çeçenistana gedib və yolda yoxa çıxıb. Əri F.Şaxşiyevanın İŞİD-ə qoşulma ehtimallarını da irəli sürməkdən çəkinməyib.
Qadının axtarışına həm polislər, həm də könüllülər qoşulub. Sonradan qadının itkin düşməsində terror təşkilatının əli olmadığı məlum olub.
Ailə son vaxtlar boşanma prosesi ilə üz-üzə qalmışdı. Cütlük arasında kompüter oyunları və sosial şəbəkələrdə başqa insanlarla ünsiyyət qurmaq üstündə tez-tez mübahisələr yaranırdı. Hətta Şapi Şaxşiyev bir müddət bundan əvvəl arvadını zəhərləyib. Həkimlərin səyi nəticəsində Fatimanın həyatı xilas edilib.
Bu azmış kimi Şapi Şaxşiyev qohumlarına arvadının narkoman olduğu və özünə sevgili tapması haqda yalan məlumatlar yayıb.
Faktla bağlı araşdırmalar davam edir.
Nura
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi