Dünya
İŞİD-in əsas adamı öldürüldü

İŞİD-in iki nömrəli lideri “Hacı Müttaz” kimi tanınan Fadhil Əhməd əl-Hayali avqustun 18-də İraqın Mosul şəhəri yaxınlığında səyahət edərkən hava hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Price deyib. Onun sözlərinə görə, dron hücumu zamanı "Əbu Abdulla" ləğəbi ilə tanınan başqa İŞİD militantını da öldürüb.
Yayılan bəyanatda əl-Hayali ektrtemist qruplaşmanın Şura Məclisinin üzvü və İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin birinci müavini kimi təsvir olunur. O, İraq və Suriya arasında silahların, partlayıcı maddələrin və nəqliyyat vasitələrinin köçürülməsində aparıcı rol oynayırdı.
“Əl-Hayalinin ölümü İŞİD-in maliyyə, media və hərbi əməliyyatlarına mənfi təsir göstərəcək,” -bəyanatda bildirilir. Əl-Hayalinin İŞİD-in İraqdakı fəaliyyətinə rəhbərlik etdiyi deyilir.
Qeyd edək ki, daha əvvəl də, əl-Hayalinin ölüm xəbəri yayılıb. Ötən ilin sonunda Pentaqon bu barədə xəbər yaydıqdan sonra ABŞ rəsmiləri ölən şəxsin kimliyinin səhv müəyyən olunduğunu bildirmişdilər.
Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir ki, Birləşmiş Ştatlar və onun koalisiya tərəfdaşları "regiona böyük bəlalar bəxş etmiş" İŞİD-in zəiflədilməsində və məhv edilməsində qətidirlər.

-
Dünya16:42
Rusiya və ABŞ bu məsələdə razılaşdı - TƏCİLİ
-
Magazin116:36
Tolik Röyadan yazdı: “Çuşka yığını...” - VİDEO
-
İKT16:18
Fırıldaqçıların tələsinə düşməmək üçün telefondan bu proqramları silin!
-
Rəsmi xronika16:01
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış oldu - YENİLƏNDİ
-
Nida Xəbər 15:36
Akif Qurbanov “Toplum TV”nin fəaliyyətinə birbaşa rəhbərlik edib
-
Dünya14:36
"Uşaq masası": Ukrayna danışıqlarında Avropanın yeri - Almaniyadan ŞƏRH
-
İdman12:26
DÇ-2022-nin ən seksual azarkeşi indi də bu şəhəri fəth edir - FOTOLAR
-
Rəsmi xronika12:04
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi