Ukrayna səmasında qeyri-adi hadisə: "Bu, partlayış olmadan baş verdi" - VİDEO
Bizi izləyin

Avropa

Ukrayna səmasında qeyri-adi hadisə: "Bu, partlayış olmadan baş verdi" - VİDEO

Ukraynanın iki vilayətin qeyri-adi hadisə baş verib.

Publika.az xəbər verir ki, bu barədə TSN telekanalı məlumat yayıb.

“2024-cü il mayın 1-nə keçən gecə Dnepropetrovsk və Xarkov vilayətləri üzərində səmada parlaq parıltı baş verdi. Bu hadisə partlayışsız baş verdi", - tekekanal videogörüntülər yayıb.

Hadisəni Poltava, Sumı, Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan hissəsi və bir sıra digər rayonların sakinləri də müşahidə ediblər.

Ehtimal edilir ki, parıltının mənbəyi kosmik hadisə ola bilər, məsələn, yüksək ehtimalla meteorun uçuşu. Səmadakı parıltı döyüş əməliyyatları ilə əlaqəli deyil. Onun mənşəyi ilə bağlı heç bir rəsmi məlumat yoxdur.

Xatırladaq ki, fevralın sonunda Ukrayna Silahlı Qüvvələrinin (AFU) əsgərləri disk formasında səssiz uçan naməlum obyekti (UNO) lentə alıblar.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm