Dünya
Gürcüstanda təbii fəlakət
Aramsız yağan güclü leysan yağışlar və güclü külək
Gürcüstanın Oni rayonunda ciddi fəsadlar yaradıb, bir neçə kənd
işıqsız qalıb, körpülər uçub.
Bu barədə "Rustavi 2" televiziya kanalı məlumat yayımlayıb.
Məlumata görə, Böyük və Kiçik Qebi kəndlərində vəziyyət
acınacaqlıdır. Sel sularının tüğyan etməsi nəticəsində kəndləri
birləşdirən körpü uçub və avtomobil yolu dağılıb, kəndlər işıqsız
qalıb.
Raca-Leçxumi və Aşağı Savanetiya qubernatoru Parmen Marqveladze
artıq bərpa işlərinə başlanıldığını bildirib. Kəndlərə xilasedici
xidmətlərin və texnikanın cəlb olunduğunu deyib.
Qubernatorun sözlərinə görə, Oni rayonunun bir neçə evlərinin
damını külək aparıb və icra nümayəndəliyinin binasına zərər dəyib,
uşaq bağçasının binasının üstünə ağac düşüb və elektrik naqilləri
qırılıb.
Hazırda təbii fəlakətin fəsadların zərərini hesablamaq üçün xüsusi
komissiya yaradılıb./apa/
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”