Dünya
Bakı əsilli yəhudi xanım separatçılara qoşuldu – ŞOK
Azərbaycan yəhudisi, 37 yaşlı İnna Levinta Ukraynada separatçılara qoşulub.
Publika.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri
yazıb.
Nəşrin məlumatına görə, Azərbaycan sakini olan yəhudi İnna
Levintanın separatçıların sırasında Ukraynaya qarşı döyüşdüyünü
Donetskin “xarici işlər naziri” iddia edib.
“Bizim sıralarımızda SAXAL-ın (İsrail müdafiə ordusu – red.)
onlarla keçmiş döyüşçüsü vuruşur”, - deyə separatçıların “naziri”
Aleksandr Kofman bildirib.
Nəşr yazır ki, 37 yaşlı İ.Levita solçudur və İsrail Kommunist
Partiyasının üzvüdür. O, Bakıda doğulub, lakin İsraildə boya-başa
çatıb. Heç vaxt Sovet İttifaqına qayıtmağı düşünməyib. Lakin ötən
ilin sentyabr ayında İnnanın Şərqi Ukraynada bir yaxını itir və o,
axtarışlara başlayır.
“Yarım ay sonra mən Novorosiyaya (Rusiya İmperiyası dövründə
işlədilən termin, separatçılar müasir Ukraynanın şərq hissəsindəki
qondarma qurumu belə adlandırırlar - red) yola düşməyə qərara
aldım”, - deyə nəşrə danışan Bakı yəhudisi bildirib.
O, separatçılara qoşulmağının səbəbi kimi “sakinlərə qarşı
törədilən cinayətləri” göstərir. İ. Levitanın Kommunist
Partiyasının saytında yayılan açıq məktubunda da deyilir ki, o,
faşistlərə, nasistlərə və oliqarxlara qarşı döyüşür, həmçinin,
insanlara kömək edir. Bakı yəhudisi məktubunda Qərbi nasist
adlandırdığı Ukrayna ordusunun vəhşiliklərinə göz yummaqda da
ittiham edir.
“Şəxən mən israilli xanım kimi faşistlərə instinktik olaraq nifrət
edirəm”, - deyə o yazır.
Qeyd edir ki, onun döyüş yoldaşları arasında ruslar, ukraynalılarla
yanaşı, həmçinin, serblər, ispanlar, italyanlar və israillilər də
var.
Qeyd edək ki, bu ilin fevralında İspaniya hökuməti 8 nəfəri
separatçılar tərəfində döyüşməkdə ittiham edərək həbs edib. Kiyev
separatçıları rəsmi şəkildə terrorçu adlandırır.
Asif Nərimanlı
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO