Dünya
Qafqazda müharibə təhlükəsi: NATO Kremli Tiflisdən vuracaq?
Avqustun sonunda NATO baş katibi Yans Stoltenberqin
Tiflis səfərinin ardından Rusiya-Gürcüstan münasibətlərində
gərginlik artdı. Şimal Alyansının bu ölkədə təlim mərkəzini açması
Rusiyanın neqativ münasibətinə səbəb oldu.
Publika.az xəbər verir ki, “Nezavisimaya qazeta”
nəşri Rusiyanın Gürcüstan perspektivləri və regionda başlaya
biləcək yeni müharibəni araşdırıb.
NATO-nun Gürcüstanla hərbi əməkdaşlığı haqda qərar ötən ilin 5
sentyabr tarixində Uels sammitində qəbul olundu. NATO Gürcüstanda
əsasən Saçxerskaya hərbi məktəbində təlim keçir. Burada Azərbaycan
və Ukrayna hərbiçiləri də hərbi tədrisə qatılır. Bundan başqa hərbi
məşqlərin keçirildiyi baza olan Krsanisisi gələcəkdə daha böyük
loqistik mərkəzə çevriləcək. Lakin bu məsələ hələlik dəqiq
deyil.
Gürcüstanda genişlənməklə NATO-nun iki məqsədi var. Birincisi,
Moskvanın diqqətini qismən də olsa Ukraynadan yayındırmaq. İkincisi
Rusiya-Gürcüstan münasibətlərinin normal məcraya dönməsinin
qarşısını almaq.
Nəşr qeyd edir ki, bu Rusiyanı qıcıqlandırır və Moskva buna qarşı
Cənubi Osetiya və Abxaziyada hərbi gücünü artırmaq istiqamətində
hərəkətə keçib. Proses regionda ciddi münaqişəyə səbəb ola bilər.
Bütün hallarda Rusiyanın qarşısında iki məsələ var: Gürcüstanın
neytral mövqeyi Moskva üçün nə qədər əhəmiyyətlidir və bunun üçün
güzəşt etməyə dəyərmi? Stoltenberqin səfəri Rusiyanın Gürcüstan
perspektivlərinin praktiki olaraq bitdiyini göstərir.
Asif Nərimanlı
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?