ABŞ-la Çin arasında danışıqlar qarşılıqlı qınaqlarla başladı
Bizi izləyin

Dünya

ABŞ-la Çin arasında danışıqlar qarşılıqlı qınaqlarla başladı

Pekində ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken və Çinin xarici işlər naziri Vanq Yi arasında danışıqlar təhlükəli səhv hesablamalar barədə qarşılıqlı qınaq və xəbərdarlıqlarla başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

“Ümumilikdə Çin-Amerika münasibətləri sabitləşməyə başlayır. Lakin bununla yanaşı, münasibətlərdə mənfi amillər hələ də güclənir və böyüyür. Çinin qanuni inkişaf hüquqları əsassız şəkildə sıxışdırılıb və əsas maraqlarımız problemlərlə üzləşib”, - Vanq Yi deyib.

Diplomat ABŞ-ın hərbi infrastrukturunu genişləndirmək planlarından narazılığını ifadə edərək, Cənubi Çin dənizindəki vəziyyətə işarə edib. O, həmçinin vurğulayıb ki, Çin bütün ölkələrlə, o cümlədən dolayı yolla Rusiya ilə münasibətlər qurmaq hüququna malikdir.

Öz növbəsində Blinken tərəflər arasında fikir ayrılıqlarının olduğunu etiraf edib. O, mövcud ziddiyyətləri diplomatiya yolu ilə həll etməyə çağırıb və iki ölkənin ziddiyyətləri sülh yolu ilə həll etməyə hazır olduğunu bəyan edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm