Dünya
Poroşenko dəbdəbə vergisi tətbiq etmək istəyir
Ukrayna prezidenti Pyotr Poroşenko vergi islahatı çərçivəsində ölkədə dəbdəbə vergisinin tətbiq edilməsini vacib sayır.
Trend-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti Milli İslahatlar Şurasının iclasının yekunlarına dair yaydığı məlumatda bildirib.
“Dövlət başçısı zənginliyə və bahalı əşyalara görə dəbdəbə vergisinin tətbiq edilməsinin vacibliyini qeyd edib”, deyə məlumatda bildirilib.
“Vergiqoymanın səviyyəsi iqtisadiyyatın inkişafına və yeni iş yerlərinin açılmasına əngəl yaratmamalıdır”,- deyə Poroşenko bildirib.
O həmçinin qeyd edib ki, vergi islahatı keçirilərkən sosial ödənişlərin, əsasən, pensiyaların azalmasına yol verilməməlidir. “Vergi islahatı təqaüdçülərin və əhalinin aztəminatlı təbəqəsinin hesabına həyata keçirilməməlidir”,- deyə prezident vurğulayıb.
Onun sözlərinə görə, vergi siyasəti iqtisadi artıma təkan verməlidir və nəticədə hər bir vergi ödəyicisinə aydın, asan idarəetməyə malik və Aİ tələblərinə uyğunlaşdırılmış vergi sistemi yaradılmalıdır.
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO