Avropa Parlamenti Krım haqda qətnamə verdi
Bizi izləyin

Dünya

Avropa Parlamenti Krım haqda qətnamə verdi

Avropa Parlamenti Rusiyanın Krıma müdaxiləsini pislədi

Avropa Parlamenti Rusiyanın Krıma hərbi müdaxiləsini pisləyən qətnaməni qəbul edib.Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, qətnamədə Krım yarımadasının Ukraynanın beynəlxalq cəmiyyət və Rusiya tərəfindən tanınmış ayrılmaz hissəsi olduğu qeyd olunub.

“Rusiyanın Ukraynaya müdaxiləsi" adlanan qətnamədə Rusiya rəhbərliyi qoşunlarını təcili olaraq dislokasiya olunmuş əraziyə geri çəkməyə çağırılır.

“Avropa Parlamenti Rusiyanın Krıma müdaxiləsini ciddi şəkildə pisləyir. Krım Ukraynanın beynəlxalq cəmiyyət və Rusiya tərəfindən tanınmış ayrılmaz hissəsidir. Avropa Parlamenti böhranın həlli üçün bütün silahlı qüvvələrin təcili olaraq dislokasiya olunmuş əraziyə geri çəkilməsini vacib hesab edir. Biz Rusiyanı beynəlxalq normalara və mövcud öhdəliklərə hörmət etməyə çağırırıq”, - Avropa Parlamentinin qətnaməsində deyilir.

Qətnamədə qeyd edilib ki, Rusiyanın hərəkətləri BMT Nizamnaməsi, 1975-ci ildə qəbul olunan Helsinki Yekun aktı, Avropa Şurasının nizamnaməsi, 1994-cü ildə imzalanan Budapeşt memorandumu, Ukrayna və Rusiya arasında 1997-ci ildə imzalanan dostluq müqaviləsi, Rusiyanın Qara dəniz donanmasının statusu haqqında 1997-ci ildə imzalanan razılaşma, həmçinin Rusiya Federasiyasının beynəlxalq öhdəliklərinə ziddir.

Qətnamədə 16 Mart tarixində Krımda keçiriləcək referendumun Ukrayna Konstitusiyası və beynəlxalq normalara zidd olduğu deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm