Dağlıca hücumunun şok təfərrüatları yayıldı
Bizi izləyin

Dünya

Dağlıca hücumunun şok təfərrüatları yayıldı

Dünən 20-yə yaxın hərbçinin şəhid olduğu PKK-nın Dağlıca hücumu ilə bağlı bəzi detallar üzə çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Dağlıcadakı hərbi məntəqə bir həftə əvvəl atəşə tutulmağa başlanıb.

PKK terrorçularının simsiz rabitə vasitəsi ilə danışıqları isə onların hərbi məntəqəyə hücum edəcəyini ortaya çıxarıb. Ancaq bu, qurulan pusqunun başlanğıcı olub. Dünən isə hücum barədə yalan məlumatlar alan Türkiyə Silahlı Qüvvələri bölgəyə əlavə qüvvələr göndərib.

PKK hücumda 8 ədəd 400 kiloqramlıq partlayıcı maddə istifadə edib və 3 zirehli avtomobil havaya uçurulub. Partlayışdan qaçan əsgərlər isə pusquda dayanan terrorçuların açdığı atəş nəticəsində şəhid olub. Türkiyə Silahlı Qüvvələri Baş qərargahı hələ rəsmi açıqlama verməsə də, 21 hərbçinin şəhid olduğu, 12-nin isə əsir götürüldüyü bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm